Millət vəkili Qənirə Paşayeva Uşak valisi Mehmet Ufuk Erden ilə görüşüb.
AZXEBER.COM-un məlumatına görə, millət vəkili görüş zamanı Xocalı soyqırımının dünyaya daha geniş çatdırılması istiqamətində türk gəncliyinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib.Q.Paşayeva Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Uşak Universiteti tərəfindən təşkil edilən konfransda iştirak etmək üçün Uşak şəhərinə səfər etdiyini dilə gətirib. Millət vəkili deyib ki, azərbaycanlılar ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacaq.Azərbaycan ilə Türkiyənin bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib.“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir”.Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən Q.Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi haqqında məlumat verib. O həmçinin Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımılar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.Uşak valisiMehmet Ufuk Erdenisə Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayıb. O iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib.Görüşdə həmçinin DAK başqan yardımçısı Asif Qurban, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva da iştirak edib.Görüşün sonunda millət vəkili Q.Paşayeva Mehmet Ufuk Erdenə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.