Qənirə Paşayeva xarici ölkələrdən gələn gənc alimlərə görüşüb

Qənirə Paşayeva xarici ölkələrdən gələn gənc alimlərə görüşüb
SOSİAL
12:53 28.11.2016
1268
 
Millət vəkili Qənirə Paşayeva Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransda iştirak edən 12 xarici ölkədən gəlmiş gənc alimlərlə görüşüb.

 
AZXEBER.COM-un məlumatına görə, görüşdə iştirak etmiş Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov gənc alimlərin ölkəmizə gəlmə məqsədindən danışıb və gənc alimlərin iştirak etdiyi "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda təşkil edilən beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. Gənc alimləri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən danışıb.

 
Azərbaycan prezidentinin fərmanı ilə ölkəmizdə bu ilin mulkulturalizm ili elan olunduğunu diqqətə çatdıran millət vəkili Q.Paşayeva bildirib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə "dünya bizim evimizdir” prinsipini rəhbər tutub, Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar və bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur. Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi, Xocalı Soyqırımı barədə geniş məlumat verib və xarici ölkələrdən gəlmiş gənc alimlərə, fəallara,aydınlara səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb və bu istiqamətdə gənc alimlərin suallarını cavablandırıb. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur deyən millət vəkili Qənirə Paşayeva harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik söyləyib.

 
Millət vəkili Q.Paşayeva gənc alimləri fəaliyyətlərində və yaradıcılıqlarında Azərbaycana, Qarabağ problemi və Xocalı Soyqırımı mövzusuna da daha geniş yer verməyə çağırıb.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi