"Türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar"

"Türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar"
SOSİAL
10:40 21.02.2017
1145

Millət vəkili Q.Paşayeva Antalyada Xocalı Soyqırımı ilə bağlı konfrans verib və dünyanın hər yerində yaşayan Türkləri Xocalıya ədalət kampaniyasına qoşulmağa çağırıb.

 

Millət vəkili Q.Paşayeva "Xocalı Soyqırımı:Türk dünyasınını acıları, problemləri və həlli yolları" adlı konfrans verib. Antalya Türk Ocakları,Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyivə Akdeniz Universitetinin dəstəyi ilə keçirilən konfransın açılışında Antalya Türk Ocaqlarının başqanı Abdullah Uysal vəAzərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibovaçıxış edərək Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmindən danışıblar. Millət vəkili Qənirə Paşayeva iştirakçılara Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib.

 

"Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı?Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandı. Biz hələ də o səsləriyetəri qədəreşitmirik!Bu bir insanlıq utancıdır!Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransavə Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər.

 

Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar.Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”. Millət vəkili Q. Paşayeva Türk gəncliyini virtual dünyanın imkanlarından geniş istiqadə edərək həqiqətlərin daha geniş yayılmasında aktib olmağa çağırıb.

 

Türk dünyanını yaşadığı digər ağrı və acılardan da danışan millət vəkili Q.Paşayeva üzləşdiyimiz acıların, problelərin daha tez həlli Türk dövlət və toplumları olaraq birliyimizi, bərabərliyimizi daha da gücləndirmədən keçir deyib və bu istiqamətdə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Tədbirin sonunda millət vəkili Q.Paşayeva Antalyada fəaliyyət göstərən fəal qadın və gənclər təşkilatları, burada fəaliyyət göstərən azərbaycanlılar,Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi rəsmiləri iləgörüşüb, geniş fikir mübadiləsi aparıb və KİV nümayəndələrinə geniş müsahibələr verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
Müşahidə Şurasında Muxtar Babayev də olacaq
13:37 12.08.2025
Müşahidə Şurasında Muxtar Babayev də olacaq