Millət vəkili Qənirə Paşayeva İraq Türkmənlərının ağır vəziyyətini Milli Məclisdə qaldırıb, onlara dəstək çağırışı edib.
AZXEBER.COM xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Kərküklə bağlı çağırış edib .Bu gün Milli Məclisdə çıxış edən millət vəkili Q. Paşayeva İraqda yaşayan soydaşlarımız, İraq Türkmənlərının daha da gərginləşən, ağırlaşan vəziyyətlərini Milli Məclisdə qaldırıb və onlara əlimizdən gələn dəstəyi göstərməliyik deyib.
”İraqda soydaşlarımız, İraq Türkmanları çox ağır vəziyyətdədir. İraq Türkmən Cəbhəsi başqanı Ərşad Salihi ilə telefonla danışdıq. Təlafərdə, Kərkükdə, Mosulda və digər bölgələrdə insanlarımızın ağır vəziyyətdə olması,son dönəmlərdə isə İŞİD təhdidi altında olmaları barədə danışdı. Ərşad Salihi vəziyyətin çox ağır olduğunu dedi və bildirdi ki, qardaş Azərbaycandan dəstək gözləyirlər. Azərbaycan hər zaman İraqda yaşayan soydaşlarımıza əlindən gələn dəstəyi göstərib və inanıram ki, onların çağırışına səs verib bütün platformalarda, bütün imkanlar daxilində onlara dəstək verəcəyik. İraqdakı soydaşlarımza daha çox dəstək verməliyik.”