Qənirə Paşayevanın büstü hazırlandı - FOTO

Qənirə Paşayevanın büstü hazırlandı - FOTO
MARAQLI
10:47 18.05.2025
509
Mərhum deputat Qənirə Paşayevanın büstü hazırlanıb.

Büstün müəllifi heykəltaraş Elxan Zeynalovdur.

"Dərin hörmət və ehtiramla bu büstü millət vəkili, ictimai xadim Qənirə Paşayevanın əziz xatirəsinə həsr etmişəm. Onun milli ruhu, güclü iradəsi və mənəvi zənginliyi bu əsərdə əks olunmağa çalışılıb", - deyə heykəltaraş paylaşımında bildirib.

Qeyd edək ki, Q.Paşayeva 28 sentyabr 2023-cü ildə 48 yaşında dünyasını dəyişib. ll Fəxri xiyabanda torpağa tapşırılıb.
 
///"Unikal"
 

 

 

 


OXŞAR XƏBƏRLƏR