“Qənirə Paşayevanın qohumuyam” deyib fırıldaqçılıqla məşğul oldu

“Qənirə Paşayevanın qohumuyam” deyib fırıldaqçılıqla məşğul oldu
SOSİAL
00:05 10.03.2017
2464
Millət vəkili Qənirə Paşayeva onun adından istifadə edib iş düzəltmək adı ilə pul yığan şəxslə bağlı açıqlama yayıb.
 
AZXEBER.COM xəbər verir ki, xanım deputat sosial şəbəkədə bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək: "Anar Tağıyev adlı bir tovuzlunun mənim qohumum olduğunu iddia edərək müxtəlif şəxslərdən iş düzəltmək adı ilə pul istəməsi və ya alması barədə mənə məlumat daxil olub. Bildirmək istəyirəm ki mənim bu adlı qohumum və ya işçim yoxdur və bu adamın mənimlə heç bir əlaqəsi yoxdur. Sabah bu məsələ ilə bağlı, adımdan bu cür çirkin məqsədlər üçün istifadə edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu şəxsin qurbanı olan insanlar mənə buradan inboksa yaza bilərlər və mən həmin müraciətləri də hüquq-mühafizə orqanlarına göndərib araşdırılmasını xahiş edəcəm.
 
Adımdan çirkin məqsədlər üçün istifadə edilməsi məni çox üzdüyü qədər də çox narahat edir və xahiş edirəm mənim adımdan bundan sonra da istifadə edərək kimlərsə sizdən işinizi düzəltmək adı ilə pul və ya maddi şeylər tələb etsə mütləq bizə Milli Məclisə məktubla müraciət edin, buradan yazın və ya 0124372930 nömrəsinə zəng edərək köməkçim Məhəbbət xanıma məlumat verin ki, bu cür dələduzlarla bağlı tədbir görə bilək. Və bu cür fırıldaqçılara inanmayın ki sabah zərərə düşəsiniz. Bu artıq üçüncü dəfədir ki kimlərinsə mənim adımdan bu məqsədlə istifadə etdiyi barədə məlumatlar daxil olur və hər dəfə də hüquq-mühafiqə orqanlarına müraciət edərək tədbirlər görülməsini xahiş etmişik. Eyni zamanda bütün idarə və qurumlara xahiş eidrəm ki mənim adımdan kimlərsə sizə hansısa xahişlə müraciət edərsə inanmayın. Biz vətəndaşlarımızın bizə rəsmi müraciətləri əsasında məktubla, imzayla rəsmi qurumlara müraciət edirik və ya şəxsən mən özüm həmin qurumların rəhbərlərinə zəng edərək məsələləri onların diqqətinə çatdırıram.
 
Kimlərsə kiməsə mənim adımdan zəng edərsə xahiş edirəm heç zaman inanmayın".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı