Qənirə Paşayeva:"Uşaqlar və gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməlidir"

Qənirə Paşayeva:"Uşaqlar və gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməlidir"
SOSİAL
17:45 30.09.2019
1400
Millət vəkili Qənirə Paşayeva MM-in payız sessiyasının ilk iclasında uşaqlar, gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməlidir deyib və bildirib ki, uşaqlar, gənclərlə bağlı qəbul edilən qanunların icrasına ciddi nəzarət mexanizmləri qurulmalıdır: "18 yaşına çatmamış uşaqlara siqaret və tütün məmulatlarının satışı qanunla  qadağan edilməsinə baxmayaraq, demək olar ki hər yerdə siqaret, tütün məmulatları satılır. Qanunda siqaret və tütün məmulatlarının satış obyektlərinin məktəblərdən hansı məsafədə yerləşməli olduğu ilə bağlı tələbin olmasına baxmayaraq, demək olar ki əksər məktəblərin çox yaxınlığında siqaret və tütün məmulatları satılır." 

AZXEBER.COM xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva ictimai, qapalı yerlərdə siqaret və tütün məmulatlarından istifadənin qadağan edilməsi, məhdudlaşdırılması haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu dedi: "Az sayda ictimai yerlərdə, qapalı məkanlarda bu qanunun tələblərinə əməl edilir, lakin çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə müvafiq qurumlarla, bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla bu qanunun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, uşaqların, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar qanunun icrasına nəzarət edilməsinə ciddi  yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar. Hesab edirəm ki, qəbul edilən qanunların icrasına məsul olan qurumların öz vəzifələrinə ciddi yanaşmaları üçün qanunvericiliklə tələblər daha  sərtləşməlidir və biz hamımız çalışmalıyıq ki, bu gün qəbul etdiyimiz uşaqların zərərli informasiyaların təsirindən qorumaq istiqamətində qanun layihələri də daxil olmaqla, uşaqları, gəncləri zərərli məsələlərdən onları qorumaq üçün qəbul olunan qanunlar yüksək səviyyədə həyata keçsin və bu istiqamətdə maarifləndirmə işləri daha da genişlənsin."


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev