Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb

Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb
SOSİAL
21:29 23.12.2023
181

Qərb bölgəsində güclü külək əsir, bəzi fəsadlar yaranıb.

Axşam saatlarından başlayaraq Qərb bölgəsində güclü külək əsməyə başlayıb.

Bölgədə güclü külək səbəbindən ağaclar sınıb, təsərrüfata zərər dəyib.

Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin mərkəzi meydanda quraşdırılan yolka aşıb. Qısaqapanma səbəbindən transformatorlardan birində yanğın da olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub

Hazırda küləkli hava şəraiti davam edir./report

OXŞAR XƏBƏRLƏR