Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib

Qərb KİV-lərinin qərəzli mövqeyinin ifşası: Prezidentin müsahibəsi trendə çevrilib
SİYASƏT
18:37 07.05.2021
661
Hindistan ağır koronavirus böhranı ilə mübarizə apardığı bir vaxtda Qərb mediası onun üzərinə "quzğun” kimi hücum edib, ölkədə az qala bütün dəfn mərasimlərini lentə alaraq öz auditoriyalarına göstərməyə çalışıb. Daha çox baxış əldə etməyə çalışan bu KİV-lər ölkənin üzləşdiyi bədbəxtlikdən gəlir əldə etməyə çalışırlar.

Bu gün Qərb KİV-ləri Hindistanda koronavirusla bağlı vəziyyəti təsvir etmək üçün bəzən köhnə, saxta fotolardan da istifadə edir. Bu isə təbii olaraq, hindistanlıların nifrətinə səbəb olur.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Hindistanın Opindia.com xəbər saytında dərc olunmuş məqalədə bildirilir.

"Bütün bunların fonunda köhnə bir video trendə çevrilməkdədir. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin BBC-nin müxbirinə müsahibəsindən gedir. Hələ 2020-ci ilin noyabrında götürülmüş müsahibədə müxbir İlham Əliyevə Azərbaycanda mətbuat azadlığı ilə bağlı sual ünvanlayaraq guya onu çətin vəziyyətə salmağa çalışır. Azərbaycanın dövlət başçısı isə nəinki müdafiə olunmağa ehtiyac görmür, əksinə, "hücuma keçərək” müxbirə birbaşa sual verir: "Siz hesab edirsiniz ki, insanların bu hüquqları yoxdur? Siz nəyə əsasən Azərbaycanda azad medianın, müxalifətin olmadığını düşünürsünüz?”, – müəllif qeyd edir.

BBC-nin jurnalisti cavabında iddia edir ki, guya Azərbaycanda müstəqil medianın olmadığı haqqında məlumatları müstəqil mənbələrdən alıb. Azərbaycan Prezidenti isə müxbirdən həmin müstəqil mənbələrin adlarını çəkməsini tələb edir. Müxbir bundan imtina etdikdə İlham Əliyev soyuqqanlı şəkildə cavab verir: "Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz hekayə uydurursunuz”.

"Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim feysbukda milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”, - Azərbaycan Prezidenti əks sualı verir.

Beləliklə, Azərbaycan Prezidenti Ekvadorun Londondakı səfirliyində iki il qalmış və hazırda Böyük Britaniyada həbsxanada olan Culian Assanjın "Wikileaks”ə görə haqsız həbs edildiyini qabardır.

"Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev digər ölkələrdəki təməl azadlıqlara şübhə ilə yanaşan, Böyük Britaniyanın vergi ödəyiciləri hesabına maliyyələşən BBC-nin riyakarlığını ifşa edib”, - müəllif yazır.

Müəllif vurğulayıb ki, BMT-nin xüsusi məruzəçisi Nils Melzer Culian Assanjı Böyük Britaniya və ABŞ hökumətlərinin haqsızlığının, işgəncə və siyasi təqiblərinin qurbanı sayır: "Deməli, Assanj kimi jurnalistlərin təqibinə göz yuman, hətta bunu dəstəkləyən Qərbin nəinki Azərbaycanı, ümumiyyətlə, heç bir ölkəni tənqid etməyə mənəvi haqqı yoxdur”.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidentinin 2020-ci ilin noyabrında baş tutmuş müsahibəsi "Qərbin aparıcı mətbuat orqanlarına qarşı artmaqda olan nifrət fonunda yenidən yayılmağa başlayıb”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
15:13 10.10.2026
“Siz diz çökəcəksiniz” - İrandan ABŞ-yə cavab
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək
15:07 10.10.2026
Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək