MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb

MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
MEDIA
20:23 03.09.2026
1360
Son dövrlər bir sıra Qərb media resurslarında Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatların yayılması kampaniyası müşahidə olunur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, mənzil-qərargahı Polşada yerləşən "Nexta” kanalı sentyabrın 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı subyektiv mülahizələrə əsaslanan, hadisəni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb.

Agentlik bildirib ki, aparılan təhlillər baş verənlərin vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının tərkib hissəsi olduğunu göstərir.

"Özünün informasiya mühitindən kənar qüvvələri daim hibrid müharibədə ittiham edən Qərb mediasının özü Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır”, – deyə məlumatda vurğulanıb.

MEDİA-nın mövqeyinə görə, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və firavanlığın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına cavab vermədiyindən, Azərbaycanın informasiya məkanını çirkləndirmək və cəmiyyətdə süni təşviş yaratmaq məqsədi daşıyan dezinformasiya hallarının intensivliyi artıb.

Agentlik qeyd edib ki, ümumi informasiya mühitinin monitorinqi və təhlili zamanı Böyük Britaniyanın "The Independent” və "The Guardian" qəzetlərində, BBC-də, ABŞ-nin CNN telekanalında, Fransanın "Le Monde” qəzetində, Polşanın TVP telekanalında və digər media resurslarında Azərbaycanla bağlı birtərəfli yanaşma və əsassız mülahizələrin yer aldığı materialların yayıldığı müəyyən edilib.

MEDİA bunu Azərbaycanın beynəlxalq imicini hədəf alan informasiya hücumunun tərkib hissəsi kimi qiymətləndirib və bu qəbildən olan fərziyyə və iddiaların yayılmasını informasiya manipulyasiyasının təzahürü adlandırıb.

Agentlik Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmağa yönəlmiş halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində müvafiq tədbirlərin davam etdiriləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri