Qərb rayonlarının ucqar kəndlərinə dolu düşüb, təsərrüfata zərər dəyib

Qərb rayonlarının ucqar kəndlərinə dolu düşüb, təsərrüfata zərər dəyib
SOSİAL
22:11 04.06.2023
151

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq rayonlara dolu düşüb.

"Report”un Qərb bürosunun məlumatına görə, günorta saatlarında yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına zərər vurub.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR