"Qərb təlimatçı adı altında Ukraynaya döyüşçülər göndərir" - Zaxarova

"Qərb təlimatçı adı altında Ukraynaya döyüşçülər göndərir" - Zaxarova
DÜNYA
22:16 12.12.2021
331
"Qərb ölkələri Ukraynanı hərbiləşdirməyə davam edir, ora silah və döyüşçülər göndərir".
 
AZXEBER.COM xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Krım 24” telekanalının efirində bildirib.
 
"Ukrayna silahla doldurulur - biz birbaşa tədarüklərdən danışırıq, gələcək üçün müqavilələrdən danışırıq və gördüyünüz kimi, bunlar ümumilikdə çox milyonluq müqavilələrdir. Söhbət sadəcə döyüşçülərin təlimatçı adı altında ora köçürülməsindən gedir”, - deyə o, izah edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin verdiyi məlumata görə, Vaşinqton 2014-cü ildən bəri Ukrayna ordusuna dəstək üçün 2,5 milyard dollardan çox vəsait ayırıb.

Bu həftə Pentaqonun sözçüsü Con Kirbinin sözlərinə görə, Kiyev ABŞ-dan atıcı silah və sursat almalı idi. Bu, prezident Co Bayden tərəfindən təsdiqlənmiş 60 milyon dollarlıq tədarükün sonuncusudur.

Amerikanın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya hərbi yardım göstərmək üçün 300 milyon dollar nəzərdə tutulub.

Bundan əlavə, dekabrın 2-də Aİ Şurası Ukrayna Hərbi Hava Qüvvələrinə 31 milyon avro ayırıb.
OXŞAR XƏBƏRLƏR