"Qərb Ukraynaya F-16-ların tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək"

"Qərb Ukraynaya F-16-ların tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək"
DÜNYA
18:16 04.08.2023
234
"Qərb Ukraynaya F-16 qırıcılarının tədarükü ilə bağlı qərarı yaxın vaxtda qəbul edəcək”.

Bunu Ukrayna Prezident ofisi rəhbərinin müavini İqor Jovkva UNIAN-a müsahibəsində deyib.

Rəsmi Kiyevin bu məsələdə təkid etdiyini bildirən Prezident ofisinin təmsilçisi Ukraynanın F-16-ların tədarükünə mütləq nail olacağını vurğulayıb.

İ.Jovkva qırıcılardan istifadə etmək üçün ukraynalı pilotların tezliklə təlim-məşqlərə başlayacağını söyləyib.

O, ölkə prezidentinin qələbə üçün hər şeyi edəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl təlimlərin avqust ayında başlayacağını deyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR