Qərb Ukraynaya xəyanət etdi

Qərb Ukraynaya xəyanət etdi
DÜNYA
20:12 19.11.2023
261
2022-ilin fevral ayının 24-də yenidən alovlanan Rusiya-Ukrayna münaqişəsi müharibə fazasına keçib və bugünə qədər də davam edir. Münaqişənin tez bitəcəyi və Rusiyanın qısa zamanda Ukraynanı məğlub edəcəyi düşünülsə də, bunun tam əksi oldu. Nə hərbi cəhətdən zəif olduğu düşünülən, ərazisi Rusiyadan qat-qat kiçik olan Ukrayna məğlub oldu, nə də hərbi gücü şişirdilmiş Rusiya qalib... Müharibə müddətdində onlarla sanksiya tədbirlərinə rəğmən Rusiyanın iqtisadiyyatı da zəifləmədi. Bu dövr ərzində minlərlə hərbi texnika məhv oldu, minlərlə insan həlak oldu, şəhərlər, kəndlər darmadağın edildi, qazanan tərəf Ukraynanı Rusiya ilə müharibəyə sürükləyən Qərb oldu.


AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, Ukraynanın "arxasında dayanaraq" onu Rusiya ilə müharibəyə sövq edən ABŞ və Qərb Rusiyanı zəiflədə bilməyəcəyini anlamış kimi görünür. Çünki, son zamanlar bu müharibə ilə bağlı nüfuzlu nəşrlərdə çıxan məqalələr bunu deməyə əsas verir.

1993-cü ildə "Sivilizasiyaların toqquşması", 1947-ci ildə nəşr olunmuş "X" kimi məqalələrin dərc olunduğu ABŞ-nin ən nüfuzlu nəşrlərindən olan "Foreign Affairs" jurnalı Rusiya-Ukrayna müharibəsinə yazı həsr edib. Məqalədə Ukraynaya bir növ məğlubiyyətlə barışmaq təklif olunur. Yazıda qeyd olunur ki, atəşkəs barədə razılığa gələrək müharibəyə sərf olunan bu qədər pulların şəhərin yenidən qurulmasına, hərbi sistemin təkmilləşdirilməsinə ayrılması tövsiyyə olunur.

Müharibənin Ukrayna üçün dalan olduğunu etiraf edən müəlliflər ( Riçard Hass, Çarles Kapçan ) çıxış yolunu atəşkəsdə görürlər. Onlar qeyd edir ki, atəşkəs məsələsinə BMT xüsusi nəzarət etməlidir. "Qərb müttəfiqləri Ukraynaya ərazi bütövlüyünün qorunmasında köməklik edəcək", - məqalədə bildirilir. Eləcə də, Rusiya qoşunları Ukrayna ərazilərindən çıxana qədər bu ölkəyə qarşı sanksiyaların aradan qaldırılmayacağı qeyd olunub. Qərb Ukraynaya etdiyi bu təklifi gələn il ABŞ-də keçiriləcək seçkilərlə əlaqələndirib. Onlar bildirib ki, Ukraynanın ərazi bütövlüyünü riskə atmaq istəmirlər.
Ətraflı

Məqalədən belə anlaşılır ki, Rusiyanın gücü qarşısında dalana dirənən Ukrayna yox, elə Qərb özüdür, hansı ki, əvvəl Ukrayna vasitəsi ilə Rusiyanı zəiflətməyə çalışsalar da, indi Ukraynanı atəşkəsə səsləyirlər. ABŞ-nin və Qərbin bu davranışı riyakarlığın başqa bir nümunəsi, Ukraynaya xəyanətdir. Onlar öz məqsədlərini həyata keçirmək üçün Ukraynanı oyuna gətirdi, sonra isə planın baş tutmadığını gördükdə onu tək qoydular.


ABŞ və Qərb bu tərz ikiüzlü siyasəti tək Ukraynaya yox, digər ölkələrə qarşı da yürüdürlər. Onlar tərəfləri qızışdıraraq yeni münaqişələrə yönəldərək öz planlarını həyata keçirməyə çalışırlar. Azərbaycan-Ermənistan münaqişəsi timsalında bu məsələdən ən çox zərərçəkən tərəf Ermənistandır və hələ də bu oyunlara alət olmaqdan çəkinmir. Ermənistan düşünür ki, Qərbi arxasına alaraq Rusiyanı "cəzalandıracaq". Halbuki, Ermənistan Qərbin planları yolunda özünü qurban verdiyinin fərqində deyil. Azərbaycana da bu yöndə təzyiqlər olsa da, ölkə rəhbərliyi hər zaman milli maraqları üstün tutub, hər hansı ölkənin Bakıya diktəsinin mümkünsüzlüyü dəfələrlə nümayiş etdirilib. 

Hazırda İsrail-Fələstin münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyub. Bütün diqqət Fələstinə yönəlib. Bu müharibə ilə bağlı vəziyyət digərlərindən fərqli olsa da, nəticədə yüzlərlə mülki şəxs zərər görməkdədir. Qazanan isə hər zamankı kimi silah satıcılarıdır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb