"Bəzilərinin məni "ruspərəst" kimi qələmə verməsindən narahat olmuram. Çünki heç vaxt ruspərəst olmamışam, deyiləm, heç vaxt da olmayacağam. Mən Rusiyanın mövcudluğu faktını ayıq başla nəzərə almağın, Qərbə ümid olub, başını ayının ağzına soxmamağın, eyforiyaya qapılıb, Rusiyaya kəllə atmamağın tərəfdarıyam"
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar jurnalist Vüsal Məmmədov Rusiya - Ukrayna müharibəsi haqda deyib
O bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyindən çıxış etmək lazımdır:. "Vətənimin müstəqilliyi mənim üçün müzakirə edilməyəcək ən ali dəyərdir. Onun qorunması üçün atılan bütün addımları doğru və haqlı sayıram. Diplomatiyadırsa - diplomatiya, savaşdırsa - savaş. Ukrayna xalqının torpağını qorumaq əzminə də hörmətlə yanaşıram. Amma Qərbə inteqrasiya naminə ölkəni bu günə salmalarını axmaqlıq hesab edirəm. Qərbə inteqrasiya buna dəymirdi. Düşünürəm ki, Rusiyanın narahatçılığını vaxtında nəzərə almalı idilər. Vəssalam, mövqeyim budur. Ümid edirəm, bu mövzuya bir daha qayıtmaq lazım gəlməyəcək".