Qərbi Azərbaycan İcması Nikol Paşinyanı dialoqa çağırıb

Qərbi Azərbaycan İcması Nikol Paşinyanı dialoqa çağırıb
SİYASƏT
22:35 09.01.2025
391
Qərbi Azərbaycan məsələsi ərazi deyil, insan hüquqları məsələsidir. Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyimizi dəfələrlə ifadə etmişik.

Qərbi Azərbaycan termininə gəldikdə vurğulayaq ki, bu, tarixi həqiqətlərə əsaslanan və bizim özünüidentifikasiya hüququ çərçivəsində istifadə etdiyimiz anlayışdır.

Bu barədə Qərbi Azərbaycan İcmasının Ermənistan baş naziri Nikol Paşinyana cavab bəyanatında qeyd olunub.

Qeyd olunub ki, Ermənistan hökuməti coğrafi-tarixi məzmunda polemikaya girmək əvəzinə problemin mahiyyətinə dair mövqeyini ifadə etməlidir:

"Qərbi azərbaycanlıların qayıdışına dair Ermənistan və Azərbaycan arasında dövlətlərarası dialoqun sülh müqaviləsinin imzalanmasından sonra aparıla biləcəyi barədə Nikol Paşinyanın məhdudlaşdırıcı şərti yanlışdır.

Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və insan hüquqlarından irəli gələn öhdəliyidir. Ermənistan Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərinin xarakterindən asılı olmayaraq, Qərbi azərbaycanlıların - indi Ermənistan adlanan ölkənin qanuni sakinlərinin qayıdışına qeyd-şərtsiz şərait yaratmalıdır. Qayıdışa dair dialoqun süni şəkildə sülhdən sonraya saxlanması və yaxud qayıdışı dövlətlərarası dialoqla şərtləndirmək insan hüquqlarına ziddir və sülhün əldə edilməsinə xidmət etmir. Vurğulayaq ki, bu mövzuda əsas dialoq xətti Ermənistan hökuməti və Qərbi Azərbaycan İcması arasında aparılmalı olan formatdır".

Bəyanatda Paşinyana regionda sülh və əməkdaşlığın bərqərar olunması üçün səmimi səylər göstərməyə, Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağa və bu məqsədlə İcmamızla dialoqa başlamağa çağırış edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin
16:38 31.07.2025
"Eyyub və Brilliantın repertuarı bizi toy bazarına saldı" - Elçin