Qərbi Azərbaycan irsi kitabı təqdim olundu -FOTOLAR

Qərbi Azərbaycan irsi kitabı təqdim olundu -FOTOLAR
SOSİAL
20:06 23.07.2025
680
23 iyul 2025-ci il tarixində Binəqədi rayonunda "Konstitusiya və Suverenlik İli” çərçivəsində "Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və  beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildinin təqdimat mərasimi keçirildi.   

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkili Kəmaləddin Qafarov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Musayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Zəngibasar rayon İcmasının sədri Mirfaiq Mirheydərli,  Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin,  ictimai birliklərin nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcması Binəqədi rayon nümayəndəliyinin  ofisinin açılışında iştirak etdilər. 

Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər. 

Tədbir iştirakçıları  Qərbi Azərbaycan İrsinə həsr olunmuş foto və kitab sərgisi ilə tanış oldular.  

Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. 

Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş "Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan sənədli videoçarx nümayiş etdirildi. 

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, XIX əsrin 30-cu illərindən etibarən kütləvi şəkildə köçürülərək tarixi Azərbaycan torpaqlarında, o cümlədən, İrəvanda və ətraf bölgələrdə məskunlaşdırılan ermənilər müxtəlif vasitələrlə azərbaycanlı əhalisinin məhvinə çalışmışlar. Ulu Öndər zaman-zaman Qərbi Azərbaycan əhalisinin haqqında fikirlərini səsləndirmiş, onların dəyanətini, Azərbaycan sevgisini yüksək qiymətləndirmişdir. Onun nitqlərində və çıxışlarında hər zaman bu gün aktual olan Vətənə qayıdış məsələsi əksini tapmışdır. "Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar” söyləyirdi  Ümummilli Liderimiz. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ideyaların layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə görüşü zamanı çıxışı xalqımızı bir daha ulu və qədim torpaqlarımız olan Qərbi Azərbaycana  qayıdacağı günün yaxında olduğuna əmin etdi. Xalqımız əmindir ki, Möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaqdır.  

Kitab haqqında ətraflı məlumat verən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili  Əziz Ələkbərli çıxışında qeyd etdi ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma – "Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasının birinci cildi nəşr edilmişdir. Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitab vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, millət vəkili  Elşad Musayev, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Tənzilə Rüstəmxanlı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, millət vəkili Səbinə Xasayeva, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, millət vəkili Günay Ağamalı, çıxışlarında qeyd etdilər ki, dədə-baba torpaqlarından zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetləri arasındadır. Müxtəlif dövrlərdə soydaşlarımıza qarşı həyata keçirilən deportasiya nəticəsində onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Qeyd edilən deportasiya siyasəti nəticəsində soydaşlarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb. Bu, həm də hər kəsin bildiyi kimi beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır.  

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov qeyd etdi ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əsas prioritet məsələlərin tərkib hissəsidir və Şanlı Zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub. 

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdirdilər.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır