Yunanıstanda Qərbi Nil virusundan ölənlərin sayı 20-yə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, Yunanıstanın Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən açıqlamada virusun ölkənin müxtəlif bölgələrində 20 nəfərin ölümünə səbəb olduğu bildirilib.
Son bir həftədə 5 yeni xəstəliyə diaqnoz qoyulduğu qeyd edilən açıqlamada ağcaqanadlardan fərdi qorunmanın vacibliyi vurğulanıb.
Virusun xüsusilə Kardiça, Larissa, Trikala, İmathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, Xanthi, Meriç, Kastoria, Arta və Ioannina bölgələrində aşkar edildiyi bildirilib.
Mütəxəssislər yoluxmaların artacağını deyib.
Ayşən