“Bunların etdiyi beynəlxalq hüquq normalarına hörmətsizlikdir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə söyləyib.
O, ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeni, BMT və dünyanın digər nüfuzlu təşkilatlarının qərar və qətnamələrini icra etməkdən boyun qaçıran Ermənistana qarşı heç bir sanksiyanın tədbiq edilməməsi ilə bağlı danışarkən belə deyib:
“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin hələ də icra edilməməsi, Avropa Şurasının, Avropa İttifaqının qətnamələrinin icra edilməməsi ilə yanaşı Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən heç ciddi sanksiya da yoxdur. Biz tərəfləri sülhə dəfələrlə çağırmışıq. Bunların etdiyi isə beynəlxalq hüquq normalarına hörmətsizlikdir, beynəlxalq qətnamələri heçə saymaqdır. Qərbin bu susqunluğu ikili standartdan başqa bir şey deyil”.
AZXEBER.COM