Qərbin ikiüzlülüyü üzə çıxdı – SƏBƏB

Qərbin ikiüzlülüyü üzə çıxdı – SƏBƏB
DÜNYA
15:58 18.11.2022
271
ABŞ-ın həm İrana qarşı sanksiya tətbiq etdiyi, həm də silah satdığı məlum olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ bir yandan İrana embarqo qoyur, bir yandan da Tehrana dron tədarük edir.
Rusiyanın İrandan aldığı PUA-lar böyük marağa səbəb olub. Məlum olub ki, Ukraynada vurulan İran pilotsuz təyyarələrinin tikintisində istifadə olunan hissələri ABŞ və Avropa ölkələrindəki şirkətlər istehsal edib. 
 
Ukrayna kəşfiyyatı tərəfindən əldə edilən İran pilotsuz təyyarələrinin fraqmentləri Müstəqil Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (NAKO) tərəfindən araşdırılıb. Tehranın Rusiyaya verdiyi PUA-ların hissələrinin gəldiyi yer təəccüb yaradıb.
 
NAKO Rusiyanın Ukraynada istifadə etdiyi İrana məxsus PUA-ların hissələrinin dörddə üçünün ABŞ-da istehsal olunduğunu açıqlayıb. 
 
Qərb ölkələrinin İrana qarşı sanksiyalarına baxmayaraq, Tehran administrasiyasının Qərb hissələri ilə PUA istehsal etməsi diqqət çəkib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR