Yaponiyanın Hakodate bölgəsində müəmmalı hadisə baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada baş verən hadisə gündəm olub.
Hakodatedəki Toi limanı yaxınlığında on minlərlə sardina və ton balığı sahilə çıxıb.
Səlahiyyətlilər tonlarla balığın sahilə çıxaraq öldüyünü açıqlayıb.
Yaponiya mətbuatına danışan 65 yaşlı balıqçı deyib:
"Mən sahilə çıxan balıqların oksigen çatışmazlığından öldüyünü daha əvvəl görmüşdüm, amma bu qədər çox balığın öldüyünü ilk dəfə görürəm".
Ayşən