Meksikada qəribə oğurluq hadisəsi baş verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meksikanın paytaxtı Mexikoda içində radioaktiv maddə daşıyan yük maşını qaçırılıb.Olduqca təhlükəli maddə sayılan “Kobalt-60”ın olduğu yük maşınının 2 nəfəri qaçırdığı güman edilir.Onların hansı məqsədlə içində təhlükəli maddə olan maşını qaçırdıqları bilinmir.Qeyd edək ki, maşının qəzaya düşməsi nəticəsində fəsadların olması mümkündür. Buna görə də hazırda oğruların tapılması üçün Meksikanın 6 əyalətində əməliyyat-axtarış tədbirlərinə start verilib.