Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək
DÜNYA
13:41 22.08.2026
135
İran Qətərdə saxlanılan iranlı pilotların səhhətinin pisləşməsi barədə xəbərdarlıq edib.

Bu barədə İran ordusunun Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri general Məhəmməd Baqerzadeh bildirib.

O, Beynəlxalq Qızıl Xaç Komitəsindən yaralı və xəstə əsirlərin mümkün qədər tez İrana gətirilməsi üçün hava ambulansı göndərilməsini istəyib.

General İran ekspert qrupunun qəbul edilməsi ilə bağlı Qətər hökumətinin addımını alqışlayaraq, Dohanın iranlı əsirlərin müayinə prosesinin sürətləndirilməsi üçün əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb.

O deyib ki, əsirlərin su üzərində saxlanıldığı yer onların sağlamlığının qorunması üçün əlverişli şərait yaratmır.

Baqerzadeh Qətər hökumətindən iranlı əsirlərin mümkün qədər tez quruya və normal təchizatlı xəstəxanaya köçürülməsini istəyib.
//apa
OXŞAR XƏBƏRLƏR