Qətərdə 2022-ci il dünya çempionatının bağlanış mərasimi keçirilib – FOTO

Qətərdə 2022-ci il dünya çempionatının bağlanış mərasimi keçirilib – FOTO
DÜNYA
18:50 18.12.2022
294

Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının rəsmi bağlanış mərasimi keçirilib.

Tədbir final matçının oynanılacağı Lusail stadionunda baş tutub.

Mərasimdə bir sıra dünya liderləri, o cümlədən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Maraqlı görüntülərin yaşandığı tədbirdən sonra mundialın həlledici qarşılaşması baş tutacaq.

Dünya çempionu adı uğrunda Argentina və Fransa milliləri yarışacaqlar.

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR