Qətərdə 4 günlük matəm elan edildi

Qətərdə 4 günlük matəm elan edildi
DÜNYA
14:41 12.07.2026
190
Qətər Əmirinin Dəftərxanası keçmiş dövlət başçısı şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar ölkədə dörd günlük ümummilli matəm elan edib.

AZXEBER COM xəbər verir ki, matəm iyulun 12-dən etibarən qüvvəyə minib.

Dörd gün ərzində Qətərin bütün ərazisində dövlət bayraqları yarıyadək endiriləcək.

Bundan əlavə, iyulun 13-dən etibarən ölkədəki nazirliklərin, hökumət idarələrinin və digər dövlət müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-dan etibarən yenidən öz vəzifələrinin icrasına qayıdacaqlar.
 
//qafqazinfo 
OXŞAR XƏBƏRLƏR