Qətərin Baş naziri İrana səfər edəcək

DÜNYA
20:47 22.08.2024
174
Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani İrana səfər edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim" Agentliyi məlumat yayıb.

Əl-Taninin Doha ilə Tehran arasındakı münasibətləri, eləcə də əsas regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Qətər son həftələr Qəzzada atəşkəslə bağlı aparılan danışıqlarda fəal rol oynayıb.
OXŞAR XƏBƏRLƏR