Qətərin baş naziri: "İsrail atəşkəsi mümkünsüzləşdirir"

Qətərin baş naziri: "İsrail atəşkəsi mümkünsüzləşdirir"
DÜNYA
11:46 11.12.2023
141
"İsrailin Qəzzanı bombalaması yeni atəşkəsi mümkünsüzləşdirir".
 
AZXEBER.COM Türkiyə mətbuaatına istinadən xəbər verir ki, bu fikirləri Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani Doha Forumunda çıxışı zamanı deyib.
 
Qətər lideri bildirib ki, Qətər atəşkəs üçün hər iki tərəfə təzyiq göstərmək səylərini davam etdirəcək.

Qətər həmçinin girovların noyabrın sonunda azad edilməsində və döyüşlərin bir həftə dayandırılmasında mühüm rol oynayıb.
 
Dohada keçirilən konfransda BMT-nin Fələstinli qaçqınlara yardım agentliyi olan UNRWA-nın rəhbəri Filip Lazzarini Qəzzanın cəhənnəmə çevrildiyini bəyan edib:
 
"Qəzza bölgəsi yer üzündəki cəhənnəmə çevrilib və heç vaxt görmədiyi ən pis vəziyyətdədir. Beynəlxalq humanitar hüququ pozmağa davam etməyə icazə verilməməlidir".
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR