Qətldə təqsirləndirilən Şərur sakini həbs edilib

Qətldə təqsirləndirilən Şərur sakini həbs edilib
SOSİAL
17:32 22.10.2023
173
Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, qətldə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elvin Zaxarov həbs olunub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, o, Şərur rayonu Yenigicə kənd sakini, 1973-cü il təvəllüdlü Fariz Ağayevin qətlində təqsirli bilinib. Şərur Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə oktyabrın 19-da baş verib. Faktla bağlı Şərur rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və E.Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR