Qətlə yetirilən 15 yaşlı Ahmetin ailəsi təhdid olundu, məzarı dağıdıldı - FOTO

Qətlə yetirilən 15 yaşlı Ahmetin ailəsi təhdid olundu, məzarı dağıdıldı - FOTO
DÜNYA
10:33 10.04.2025
289
15 yaşında həmyaşıdları tərəfindən bışaqlanaraq qətlə yetirilən Ahmet Minguzzinin ailəsi ölüm təhdidləri alır.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ailə üzvləri məlumat verib.

Ailənin sözlərinə görə onlara "Sizə cəhənnəmi yaşadacağıq. Çölə çıxa bilməyəcəksiniz.Bizim itirəcək heç nəyimiz yoxdur" məzmunlu mesaj göndərilib.
 
Daha sonra qətlə yetirilən 15 yaşlı Ahmetin məzarına hücum edilib.
 
Məzar daşı və məzarın üzərində qoyulan Ahmetə aid əşyalar dağıdılıb.

Qeyd edək ki, qətllə bağlı ilk məhkəmə prosesi sabah keçiriləcək. İttihamnamədə müttəhimlərə 24 ilə qədər həbs cəzası nəzərdə tutulsa da, Minguzzi ailəsi qatillərə ömürlk həbs cəzası verilməsini tələb edir.
 
Aysel

 

 

 


 

OXŞAR XƏBƏRLƏR