Honq-Konqlu model Abby Çoinin parçalanmış cəsədi keçmiş qayınatasının kirayədə qaldığı təmirsiz evdə tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra modelin keçmiş əri, qaynı və qayınatası həbs edilib.
Qeyd edək ki, Honq-Konqun tanınmış modeli Abby Çoinin xəbər ala bilməyən qohumları itkin düşdüyünü elan edib. Məlum olub ki, 28 yaşlı modeli qətlə yetirib, onun cansız bədənini hissələrə ayırıblar. Onun həyat yoldaşı və ailə üzvləri qətlə görə məhkəməyə çıxarılıb.
Məhkəmə modelin keçmiş həyat yoldaşı Aleks Kvonqu, qayınatası Kau Kvonqu və qaynı Entoni Kvonqu qətldə ittiham edib. Modelin keçmiş qayınanası Cenni Li də istintaqa yalan ifadə verməkdə ittiham olunub.
Ayşən