Qətlə yetirilən Turanın anası ilk dəfə danışdı: "Oğlumun ölümündə..." - VİDEO

Qətlə yetirilən Turanın anası ilk dəfə danışdı: "Oğlumun ölümündə..." - VİDEO
SOSİAL
17:56 09.12.2022
10426
Qətlə yetirilən 16 yaşlı cüdoçu Turan Rüstəmovun anası ilk dəfə danışıb.

AZXEBER.COM xəbər verir ki, cüdoçunun anası "MTV”də yayımlanan "Ümid ilə gəl" verilişinə açıqlama verib.

Turanın anası bildirib ki, onun oğlunun ölümündə ətrafda sakit qalan bütün insanlar səbəbkar olub:

"Mən övladımı Azərbaycan oğullarının içinə göndərmişdim. Mənim balamı amansızcasına qətlə yetirdilər. Dalaşanlar balaca uşaq deyil, bir müəllim olduğunu görmədilər. Oradakı insanlar necə bu hadisəyə kənardan sakit baxa bildilər? Onlar necə yaşayırlar? Vicdanları necə rahatdı? Mən bütün günü mənim balamın ölümünə sakit durub baxanları da lənətləyirəm. Əgər haqqım varsa, halal etmirəm, çünki mənim balam müharibəyə yox, Azərbaycan oğullarının arasına getmişdi. Mənim balamı qoruya bilmədilər”.

Qeyd edək ki, Şağan Olimpiya İdman Kompleksinin təşkil etdiyi cüdo turnirində Ruslan Səfixanov şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirib.

Həmin görüntüləri təqdim edirik:

Ayşən

OXŞAR XƏBƏRLƏR