Qeyri-adi davranışlar nümayiş etdirdiyi üçün hava limanında sorğu-sual edilən şəxs qəfil dünyasını dəyişib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə İngiltərənin Mançester hava limanına baş verib.
Belə ki, 27 yaşlı kişi hava limanında sərhəd polisi tərəfindən qeyri-adi davranış nümayiş etdirdiyi üçün saxlanılıb.
Məlumata görə, səlahiyyətlilər həmin şəxsi təhlükəsizlik yoxlamasından keçərkən saxlayıblar. Saxlanmanın qadağan olunmuş maddə cinayəti ilə bağlı olduğu iddia edilsə də, kişinin səhhətinin qəfil pisləşdiyi və qısa müddət sonra dünyasını dəyişdiyi bildirilib.
Hadisə yerinə çağırılan təcili tibbi yardımın bütün müdaxilələrinə baxmayaraq kişi dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mikayıl