“Qeyri-dost hərəkətə adekvat cavab veriləcək” - Rəsmi Bakı

“Qeyri-dost hərəkətə adekvat cavab veriləcək” - Rəsmi Bakı
SİYASƏT
17:43 02.11.2023
337
Oktyabrın 31-də Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken digər məsələlərlə yanaşı münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib. Daha sonra isə noyabrın 2-si Dövlət Departamenti "Amerikanın Səsi” xəbər agentliyinin sualına cavab olaraq vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq.

AZXEBER.COM xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarını şərh edib.

"Təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib.

Bununla yanaşı, ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib.

Əksinə, ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-yə səfər etmələri üçün imkanlar yaratmaqla və  maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib.

Əgər ABŞ Azərbaycana, habelə beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidlərə fərqli münasibət göstərsəydi, Azərbaycana qarşı təhdidlərin güc yolu ilə həllinə ehtiyac qalmazdı və məsələ sülh yolu ilə həll olunardı. Məhz ABŞ-nin də iştirak etdiyi vasitəçilik cəhdlərinin nəticə verməməsi və Ermənistanın işğalçı siyasətinin qarşısının alınmaması Azərbaycanı öz torpaqlarını hərbi yolla azad etməyə sövq edib. Buna görə də, digər faktlarla yanaşı, ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.

Sülhün və sabitliyin təmin edilməsi qarşısında əsas maneə olan təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir.

Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək”, - XİN rəsmisi bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
17:49 06.10.2026
ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər
Fazil Məmmədov nazir müavini təyin edildi
17:31 06.10.2026
Fazil Məmmədov nazir müavini təyin edildi
Maşın məktəbli qardaşları vurdu
17:20 06.10.2026
Maşın məktəbli qardaşları vurdu
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA