"Qeysəriyyə əməliyyatının mənfi fəsadları aylar sonra üzə çıxır" - Türkiyəli ginekoloq

SAĞLAMLIQ
23:38 11.10.2019
10385
Hamıya məlumdur ki, hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.  Son zamanlar ölkəmizdə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadınların sayı artıb.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, Türkiyənin qadın xəstəlikləri uzmanı ginekoloq A.Karateke bu əməliyyatın böyük riskləri barədə xəbərdarlıq edib. 

Onun sözlərinə görə, hamiləlik dövrünün həm ana, həm də körpə üçün sağlam bitməsi vacibdir. 

Hamiləlik dövründə qanaxmanın ciddi bir sağlamlıq problemi olduğuna diqqət çəkən Karateke, qadınların qanaxmasının əsas səbəbini plasentanın(cift) ön tərəfdə yerləşməsi və ananın bətninə yapışması ilə əlaqələndirib. Həkim bildirib ki, plasentanın ön tərəfdə yerləşməsi və bətnə yapışıq formada olması ciddi təhlükədir və ölümə səbəb ola bilir. Keysəriyyə əməliyyatı qadının sonrakı hamiləliklərini də riskə atır. Ümumilikdə dünyada statistikasına nəzər saldıqda, doğum sonrası ya da hamiləlik əsnasında qanaxmadan ölənlərin əksəriyyəti yuxarıda qeyd edilən səbəblə əlaqədardır.

Professor bu problemin həllində həkimlərin aldığı təhsil və təlimlərin də önəmli olmasına toxunub. Həmçinin vaxtından əvvəl doğuşlarınçox səbəbinin olduğunu qeyd edən həkim bildirib ki, tək məqsədləri bu cür körpələrin sağlam doğulmasına kömək etmək və xəstəxanalarda dəstəkləyici prosedurlar ilə heç bir problem olmadan yaşamalarını təmin etmək olduğunu bildirib. Qeyd edək ki, süni doğuş uğurlu həyata keçsə belə müəyyən mənfi nəticələri də ola bilər. Bunlara infeksiya, güclü qanaxma, qonşu orqanların travması və s. aiddir. Nəticələr dərhal özünü göstərməsə də, bir müddət sonra özünü biruzə verir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:38 15.07.2020

İlham Əliyev: “Sən kimsən bizim ordumuza göstəriş, məsləhət verirsən?” - VİDEO

23:33 15.07.2020

Baş Nazir: “14 milyondan çox maska ehtiyatımız var”

23:12 15.07.2020

Elmar Məmmədyarov: Əşi, sən Allah bəsdir, bu saatda adama sual verərlər?

23:09 15.07.2020

Şahin Mustafayev: "Ölkədə kəskin su çatışmazlığı müşahidə edilir"

22:55 15.07.2020

İlham Əliyev: "İndiyə qədər su balansı tutulmayıb, dözülməz haldır".

22:37 15.07.2020

İlham Əliyev Pakistan və Qazaxıstan prezidentinə təşəkkür etdi

22:33 15.07.2020

Tovuzda düşmən mərmisi ilə həlak olan mülki vətəndaşımızın evindən FOTOREPORTAJ

22:18 15.07.2020

“Populizmin vaxtı deyil, gedib nə ilə vuruşacaqsan?”

22:14 15.07.2020

Əli Əsədov: “Ölkəyə 84 yeni təcili tibbi yardım maşını gətirilib, 100-ü də gətiriləcək”

21:59 15.07.2020

Dövlət başçısı: “Şəhidlər Xiyabanına yığışanların mütləq əksəriyyəti vətənpərvər insanlardır”

21:51 15.07.2020

““Qarabağda vuruşmaq istəyirəm” deyənlər öz anketlərini versin”

21:41 15.07.2020

İlham Əliyev gecəki yürüşdən danışdı - “Bu addımı alqışlayıram”

21:25 15.07.2020

Prezident XİN-in fəaliyyətindən narazıdır: “Mən Xarici İşlər nazirini tapa bilmədim”

21:16 15.07.2020

İlham Əliyev: “Sarsıdıcı zərbələr Ermənistan ordusuna yaxşı dərs oldu”

19:59 15.07.2020

Maykl Esyendən Azərbaycana dəstək - FOTO

19:29 15.07.2020

Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

X Mostbet