Qəza iki qəsəbəni qazsız qoydu

Qəza iki qəsəbəni qazsız qoydu
SOSİAL
21:52 08.01.2018
1105

Abşeron rayonunda yük maşını iki qəsəbəyə gedən qaz kəmərini sıradan çıxarıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, ağır tonnajlı yük maşını rayonun Ceyranbatan və Saray qəsəbələri ərazisinə gedən 500 mm diametrli qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti sıradan çıxıb və hər iki qəsəbənin sakinləri qazsız qalıb.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. 

Abşeron Rayon Qaz İstismar Sahəsindən verilən məlumata görə, hazırda sıradan çıxan qaz xəttinin bərpası işi həyata keçirilir, tezliklə yaranmış problem aradan qaldırılacaq.


OXŞAR XƏBƏRLƏR