Avstraliyada maraqlı hadisə baş verib.
AZXEBER.COM-un məlumatına görə, orta yaşlı qadın avtomobil qəzasında başından ağır zədə alıb. Ömründə bir dəfə də olsun Fransada olmayan qadın hadisədən sonra fransızca danışıb.
Avstraliyalı qadın, qəzadan bir müddət sonra yaxşılaşmağa və danışmağa başlayıb. Ancaq ana dili olan və təmiz bir aksentlə danışdığı ingilis dilində yox, ağır fransız ləhcəsi ilə danışmağa başlayıb. Bu hadisə qadını və ətrafındakıları təəccübləndirib. Həkimlər hadisənin səbəbini araşdırır.