Qəza Lənkəran əhalisini qazsız qoydu

Qəza Lənkəran əhalisini qazsız qoydu
SOSİAL
12:25 18.12.2016
1106

 

Bu gün axşam saatlarında Lənkəran şəhərinə təbii qaz verilişi bərpa olunacaq.

Şəhərə qaz verilişi dekabrın 17-də baş vermiş yol qəzasından sonra boru kəmərinin sıradan çıxması nəticəsində dayandırılıb.

Hazırda zədələnmiş orta təzyiqli qaz xəttində təmir işləri aparılır. Lənkəran Qaz İstismar İdarəsindən təbii qaz verilişinin bu gün axşam saatlarına qədər bərpa ediləcəyi bildirilib.

Ötən gün axşam 20.30 radələrində Zərifə Əliyeva küçəsi ilə yüksək sürətlə hərəkət edən "Opel” markalı "42-BU-349” dövlət qeydiyyat nişanlı avtomaşın qaz borusuna çırpılaraq aşıb. Nəticədə boru kəməri sıradan çıxıb və qaz təzyiqlə ətrafa yayılmağa başlayıb. Hadisə yerinə cəlb olunan Qaz İstismar İdarəsi əməkdaşları və FHN-in xilasediciləri tərəfindən vəziyyət nəzarətə götürülüb.

///Report
OXŞAR XƏBƏRLƏR