Qəza olub - Şəhərin bir hissəsi susuz qalıb

Qəza olub - Şəhərin bir hissəsi susuz qalıb
SOSİAL
21:14 14.02.2023
251
Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.

Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR