Qəza törədən oğlan yaralı sevgilisini qoyub qaçdı

Qəza törədən oğlan yaralı sevgilisini qoyub qaçdı
DÜNYA
15:42 27.07.2023
344
Oğlan sevgilisini yaralı vəziyyətdə qoyub qaçıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haliç körpüsündə ağır qəza verib.
 
Baş verən yol qəzasında avtomobili ilə bələdiyyənin yol təmizləyən maşınına çırpılan sürücü ağır yaralanan sevgilisini hadisə yerində qoyaraq qaçıb.
 
Qəzadan sonra hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri gəlib.

Polis qrupları qəzanın baş verdiyi Ədirnə istiqamətini müvəqqəti olaraq nəqliyyata bağlayaraq bölgədə təhlükəsizlik tədbirləri görüb.
 
Avtomobildə sıxılmış vəziyyətdə qalmış əcnəbi qadını maşından çıxarılıb.
 
Tibb işçilərinin ilkin müdaxiləsindən sonra yaralı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
 
Polis qaçan şəxsin axtarışlarını davam etdirir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR