Şanlıurfada toy mərasiminə 2 gün qalmış yol qəzasında ayağı sınan Yusuf Gülelin xəstəxanada nihakı baş tutub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Şanlıurfada marketdə mühasib işləyən Məhəmməd Yusuf Gülel və Esra Tut həyatlarını birləşdirmək üçün nikah mərasimi keçiriblər.
Yusuf Gülelin keçirdiyi qəza səbəbindən hər iki ayağı əməliyyat olunub, əməliyyatdan dərhal sonra onların xəstəxanada nikahları olub.
Cütlük açıqlamasında "Nikah üçün bir tariximiz vardı, onu təxirə salmaq istəmədik, söz verdiyimiz tarixdə olmasını istədik. Mən çox xoşbəxtəm”, - deyə o bildirib.
Nikahdan fotonu təqdim edirik:
Ayşən