Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək

Qəzada həlak olan polkovnik Cəlilabadda dəfn ediləcək
SOSİAL
18:23 20.07.2020
2446
Bu gün yol qəzasında həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi hissələrindən birinin qərargah rəisi, polkovnik Şahin Mirzəyev Cəlilabad rayonunda dəfn ediləcək. 

"Report"un Muğan bürosunun məlumatına görə, mərhum rayonun Göytəpə şəhər qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, bu gün  saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının "Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən "UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb. Hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilib və təcili tibbi təxliyəsi təşkil olunub.

Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR