İdarəetmədən çıxan avtomobilin səkidə piyadaları vurması nəticəsində həyatını itirən eyni ailədən 5 uşaq yan-yana basdırılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Şanlıurfa bölgəsində baş verib.
Qəzada həyatını itirən Gülbahar (9 yaş), Leyla (5 yaş) və Məhəmməd (8 yaş) Rukiye (9 yaş ) və Serhat İsi (7 yaş ) yan-yana dəfn edilib.
Həyatını itirən uşaqların babası Salih İsi balaca körpələri itirməyin onlara çox təsir etdiyini, ürəklərini ağrıtdığını ifadə edərək, onları tək buraxmayanlara təşəkkür edib.
Oksana