Qəzada xəsarət alan Sərxanın vəziyyəti açıqlandı

Qəzada xəsarət alan Sərxanın vəziyyəti açıqlandı
SOSİAL
09:57 05.01.2026
363
Dekabrın 25-də baş verən yol nəqliyyat hadisəsi nəticəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb. 

Mərkəzi Klinik Xəstəxanadan AZXEBER.COM-a bildirilib ki, xəstənin vəziyyəti orta-ağır olaraq qalır: "Sərxan Hüseynli pediatrik reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır”.

Xatırladaq ki, hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.
OXŞAR XƏBƏRLƏR