Qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşdü

Qəzada xəsarət alanları aparan təcili yardım maşını da qəzaya düşdü
SOSİAL
17:09 11.08.2023
155
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alanları xəstəxanaya aparan təcili tibbi yardım avtomobili Ağstafa şəhərin Bayraq Meydanının qarşısında qəzaya düşüb. Xəsarət alanlar başqa təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR