Qəzaya düşən şəxsə kömək etmək istədi, kimliyini biləndə dəhşətə gəldi

Qəzaya düşən şəxsə kömək etmək istədi, kimliyini biləndə dəhşətə gəldi
DÜNYA
11:43 30.08.2018
3654
Türkiyənin Əskişəhər rayonunda düşdüyü qəza sonrası xəstəxanaya çatdırılan 31 yaşlı Harun Güleri (31) rentgen otağında bıçaqlayaraq öldürən 28 yaşlı Serdar A. (28) həbs edilib. 
 
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Serdar A.-nın Güleri mobil telefonunda arvadı Tuğba A. ilə mesajlaşdığını gördüyü üçün öldürdüyü ortaya çıxıb.

Hadisə dünən axşam baş verib

Harun Gülerin yanında çalışdığı bildirilən Tuğba A.-nın (27) əri Serdar A. təsadüfən gördüyü yaralı Gülerə kömək etmək istəyib. Harun Güler təcili yardımla xəstəxanaya aparıldıqdan sonra qəza yerində saldığı mobil telefonunu Serdar A. tapıb.

Serdar A. iddiaya görə, qəzanı yaxınlarına bildirmək üçün mobil telefonuna baxdığında Harun Gülerin arvadı Tuğba A. ilə eşq mesajlarını görüb. Serdar A. evə gedərək arvadını döyməyə başlayıb. Tuğba A. pəncərədən atlanaraq, qaçıb.

Serdar A. evdən bıçaq götürərək, xəstəxanaya gedib. Harun Gülerin rentgen otağında olduğunu öyrənən Serdar A. içəri girərək, üzərindəki bıçaqla Harun Gülerə 10 bıçaq zərbəsi endirib. Ağır yaralanan Harun həkimlərin müdaxilələrinə baxmayaraq ölüb.

Polislər tərəfindən yaxalanan 1 uşaq atası Serdar A.-nın ifadəsi alınır.
OXŞAR XƏBƏRLƏR