AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qəza "Volvo” markalı yük avtomobilinin idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində baş verib. Nəticədə sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Sultanov Mahmud Sultan oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.











































