Qəzaya düşənlərə kömək etmək istəyərkən öldü - Fotolar

SOSİAL
22:56 15.01.2022
1357
Tərtərdə qəzaya uğrayan avtomobilə kömək etmək istəyən şəxsi cərəyan vuraraq öldürüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoruzlu kəndi ərazisində baş verib.

Avtomobil idarəetməni itirərək, elektrik dirəyinə çırpılıb. Bu zaman avtomobilin sürücüsünə və sərnişinlərə kömək etmək edən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlunu cərəyan vurub.

O, hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR