Qəzaya uğrayan AZAL təyyarəsinin yeni kadrları - VİDEO

Qəzaya uğrayan AZAL təyyarəsinin yeni kadrları - VİDEO
SOSİAL
12:08 03.12.2025
916
 AZAL-ın qəzaya uğrayan təyyarəsinin yeni görüntüləri yayılıb.
 
AZXEBER.COM xəbər verir ki, videonu təyyarə qəzasında atasını itirən Abbas sosial şəbəkədə paylaşıb. O bildirib ki, iki gün əvvəl atası Rəşid Qıstarovun telefonunu əldə edib. Bu görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Görüntülərdə Milli Qəhrəman Hökümə Əliyevanın sərnişinləri salamlaması və lazımi təlimatları verməsi öz əksini tapıb.
 
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
 

OXŞAR XƏBƏRLƏR