Qəzaya uğrayan helikopterdə 5 nəfər öldü: Ölənlər arasında nazir də var

Qəzaya uğrayan helikopterdə 5 nəfər öldü: Ölənlər arasında nazir də var
DÜNYA
01:15 18.11.2022
554

Meksikada helikopter qəzaya uğrayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikanın şimalında Aquaskalientes ştatının ictimai təhlükəsizlik naziri Porfirio Xavyer Sançes Mendozanın da olduğu helikopter qəzaya uğrayıb. 

Qəza nəticəsində Mendoza da daxil olmaqla 5 nəfər ölüb.

Helikopterin hansı səbəbdən qəzaya uğraması hələ ki, məlum deyil.

Sosial mediada paylaşılan görüntüdə helikopterin qəzaya uğradıqdan dərhal sonra alovlandığı görülüb.

Ayşən

OXŞAR XƏBƏRLƏR