İsrailin davam edən hücumları altında Qəzza zolağı dərinləşən humanitar və iqtisadi böhranla mübarizə apararkən fələstinlilərin bayram ehtiyaclarını qarşılamasını çətinləşdirən şərtlərlə üzləşir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aylardır davam edən münaqişənin kölgəsində Qəzzada humanitar böhran getdikcə dərinləşir.
İsrailin Qəzzaya qarşı hücumlarının nəticəsində müharibə milyonlarla insana təsir edib.
Şiddətli hücumlardan sonra iki milyona yaxın fələstinli təhlükəsiz sığınacaq axtarmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıb.
Evlərini və dolanışıq vasitələrini geridə qoyan fələstinlilər qida və təmiz su kimi ən əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər.
Nəzrin